AŞPA-nın ikiüzlü hesabatı: Azərbaycana qərəzli münasibət ilk deyil

“Cənab Prezident Avropa Şurasını (AŞ) və bəzi beynəlxalq təşkilatları tam dəqiqliyi ilə tanıyır.  Çünki ölkə başçısı parlamentdə millət vəkili olduğu dövrdə Azərbaycan Nümayəndə Heyətinin rəhbəri kimi bəzi beynəlxalq təşkilatlarda, eyni zamanda AŞ-da ölkəmizi təmsil edirdi”. Bu fikirləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktorun fikrincə, Prezident İlham Əliyevin AŞ-nın fəaliyyəti ilə bağlı tənqidləri tamamilə reallığı əks etdirir:

“Cənab Prezident AŞ-nin hesabatlarının hansı “reallıqlar” üzərində qurduğunu çox yaxşı bilir. Prezident qeyd elədi ki, AŞ-nin ikili yanaşma standartları, riyakarlığı, Azərbaycana qarşı qərəzi var. Həqiqətən də AŞ Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, bəzi müsəlman ölkələrinə münasibətdə təhdid və təzyiq kimi metodlardan istifadə edir. Bu qurum belə etməklə Azərbaycanda öz istəklərini həyata keçirmək niyyətindədir. Sözsüz ki, Azərbaycanın güclənməyi, müstəqil dövlət kimi tanınması və fəaliyyəti heç kimə sərf etmir. Belə bir dövrdə regionda sabit ölkə kimi aparıcı rol oynamağı beynəlxalq təşkilatları, o cümlədən AŞ-ni narahat edir”. 



Bəhruz Quliyev: “AŞ Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, bəzi müsəlman ölkələrinə münasibətdə təhdid və təzyiq kimi metodlardan istifadə edir”


B.Quliyev qeyd edib ki, AŞ hər zaman ölkəmizin güclənməsinə mane olmaq istəyib:

“Bu məqsədlə guya Azərbaycanda söz azadlığının olmadığını uydururlar.  Amma diqqətlə baxanda görürük ki, digər dövlətlərdə, hətta qonşu ölkələrdə demokratiyada olan problemlər, qanunlarda olan çatışmazlıqlar ümumiyyətlə, Azərbaycanla müqayisə olunmaz dərəcədə fərqlidir.  Yəni, seçkilərdə və digər dövrlərdə özlərini anti-demokratik dövlət kimi təsdiq edən ölkələr var ki, bu gün AŞ onları təqdir edir. Lakin ölkəmizdə mikoskopla demokratiya axtarırlar. Bu isə Azərbaycanı sevməməkdən, inkişafımızı gözü-götürməməkdən irəli gəlir. Hesab edirəm ki, cənab Prezidentin söylədiklərində böyük həqiqətlər var. 
AŞ son dövrlərdə Azərbaycana və Türkiyəyə münasibətdə qərəzli mövqe tutub, ikili standartlardan çıxış edir. Beləliklə, bu qurum artıq deqradasiyaya uğramış beynəlxalq təşkilat kimi özünü göstərməkdədir. Düşünürəm ki, AŞ öz siyasətində və Azərbaycana münasibətində dəyişiklik etməlidir. Onların qəbul elədiyi sənədlər hesabatında Azərbaycanı aşağılaması bizim üçün əhəmiyyətsiz bir kağız parçasına çevrilir. Hanıs sənəddə ki, qərəz, riyakarlıq və ikili yanaşma standarları var, deməli, mənasız bir sənəd obrazını yaradır. Ona görə də AŞ öz əməllərində və fəaliyyətində ciddi dəyişikliklər etməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul ededərkən çıxışında Avropa Şurasını sərt tənqid edib. Avropa Şurasının hər iki qardaş ölkəyə riyakarlığı və ikili standart uyğulaması beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir.