Məzahir Pənahov: Bəzi namizədlər hələ də sosial şəbəkələrdə təşviqat aparır


Bəzi namizədlər hələ də sosial şəbəkələrdə təşviqat aparır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmş mətbuat konfransında deyib.

M.Pənahov vurğulayıb ki, bəzi namizədlər MSK-nın təyin etdiyi yerlərdən əlavə kəndlərdə gəzərək seçiciləri ilə görüşüb: “Biz bunlara göz yummuşuq, amma mən hesab edirəm ki, biz düz yol tutmuşuq. Onlar tək bizim təyin etdiyimiz ünvanlarda yox, ucqar kəndlərdə seçiciləri ilə görüşüb”.