MSK 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayəti təmin etməyib


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi qeydə alınan Səxavət Soltanlının müraciətinə baxılıb.

APA-nın məlumatına görə bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, araşdırma zamanı səsvermə günü mübahisələndirilən seçki məntəqələrində qanun pozuntuları öz əksini tapmayıb: “Səsvermə günü mübahisələndirilən seçki məntəqələrində qanun pozuntularının baş verməsi ilə bağlı səsvermə günü orada iştirak edən seçki subyektləri də araşdırma prosesinə cəlb edilib. Ancaq şikayətdə qeyd edilən hallar ümumi araşdırma prosesində öz təsdiqini tapmayıb. Buna görə də təklif edirəm ki, Səxavət Soltanlının müraciəti təmin edilməsin və DSK-nın müvafiq qərarı qüvvədə saxlanılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətçinin müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Aydın Hüseynovdur.