"Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Stalin Məzahir Pənahovun yanında toya getməlidir. Amma bunun heç bir əsası yoxdur".
Oxu.Az-ın məlumatına görə, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”,-deyə Məzahir Pənahov əlavə edib.