Türkiyə və Böyük Britaniya Müdafiə Nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Türkiyənin Müdafiə Naziri Hulusi Akar ingilis həmkarı Ben Uolles ilə Suriyanın İdlibindəki vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Nazirimiz İngiltərə Müdafiə Naziri Ben Uollas ilə telefon danışığı keçirib. Nazirlər, ilk növbədə İdlib mövzusunda fikir mübadiləsi aparıblar. Bundan əlavə müdafiə, təhlükəsizlik və müdafiə sənayesi mövzuları da müzakirə edilib" - Nazirliyin məlumatında deyilir.