"Ermənistandan Qarabağa gələn ərzaq və digər malları ermənilər öz həyatları üçün təhlükə hesab edirlər".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında gediş-gəlişə məhdudiyyət qoyulub:
"Separtaçılar tərəfindən Qarabağdakı ermənilərin Ermənistana daxil olması qəti qadan edilib. Bundan əlavə, onların Ermənistan pasportu ilə xaricə çıxışı da yasaq edilib. Qarabağdakı qondarma "prezidentliyə namizəd" Vitali Balasanyanın, həmçinin Ermənistan Baş qərargah rəisi Artak Davtyanın koronovirus şübhəsi ilə xəstəxanaya getdiyi və test olunduqları məlum olub. Məhz Ermənistanın son günlərdə cəbhədə və dövlət sərhəddində təxribatlara cəhd etməsi erməni ordusunda baş verən virus yayılmasından ictimaiyyətin fikrini yayındırmaq cəhdidir".
Analitikə görə, Ermənistan Baş Qərargah rəsinin Rusiyanın 102-ci bazasının yüksək rütbəli zabiti ilə görüşündən sonra onda bu virusun əlamətləri ortaya çıxıb:
"Deməli, Rusiyanın 102-ci hərbi bazası Ermənistan üçün potensial virus mənbəyidir. Hətta Qarabağdakı qondarma "prezidentliyə namizəd" V.Balasanyanda virus Serj Sarkisyanın Respublikaçılar partiyasının funksioneri ilə təmasdan sonra üzə çıxıb. Göründüyü kimi Ermənistanda bu virusun acı nəticələrinə baxmayaraq, onların işğal olunmuş ərazilərdə "seçki" şousu sadəcə sənəd üzərində keçiriləcək. Heç bir erməni virusa görə səsvermə məntəqələrinə getməyəcək".