“Dağlıq Qarabağ işğal edilmədən əvvəl orada Ahıska türkləri də yaşayırdı”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.
“Ahıska türkləri ilə görüşərək erməni tərəfini ifşa etməyə hazırıq”, - deyə icma sədri bildirib.
T. Gəncəliyev xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycandakı rus icması ilə videokonfrans formatında görüş keçirilib.
“Ermənilər mənim doğulduğum Şuşa şəhərində rus kilsəsini erməni kilsəsinə çeviriblər”, - deyə o vurğulayıb.