Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Aİ Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” platformasındakı paylaşımında bildirib.
"Bu gün Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda təcili eniş zamanı qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - səfir qeyd edib.