“Faşistlərlə əməkdaşlıq etmək ermənilər üçün fəxrdir” - Politoloq


 “Bunu indi niyə deyirlər ki? Hamı 5-6 il əvvəldən bilir ki, ermənilərin faşistlərlə müttəfiqdir”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın faşistlərlə əməkdaşlığını əks etdirən sənədlərin yayılması barədə “Sherg.az”a danışan politoloq Rasim Ağayev deyib.

O, həmçinin ermənilərin bunu gizlətmək istəmədiklərini bildirib: “Faşistlərlə əməkdaşlıq etmək ermənilər üçün fəxrdir. Onlar Avropanı özlərini vətən bilirlər. Doğrudan da, Qərblə Ermənistanın əlaqələri yaxşıdır. Heç kim düşmənlərimizə “qaşın üstündə gözün var” demir.  Çünki böyük dövlətlər Ermənistandan istifadə edirlər. Bunu hər iki tərəf bilir. Həm də ruslar üçün Qafqaza yolu ermənilər açıb. Məqsəd Türkiyəni dağıdıb, yerində başqa bir dövlətdir. Düzdür, hələ ki, buna tam nail ola bilməyiblər. Amma hər halda Azərbaycan da, Türkiyə də diqqətli olmalıdır”.