Puşkov: Bu baş versə, yeni böhran olacaq


Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ-ın Polşadakı səfirinin bu ölkədə nüvə silahının yerləşdirilməsi təklifini tənqid edib.

Axar.az xəbər verir ki, Puşkov amerikalı və polşalı siyasətçilərə Karib böhranını xatırlamağı təklif edib.

“Böyük ehtimalla onlar bunu ya bilmir, ya da unudublar. Polşaya belə silahın yerləşdirilməsi yeni böhran üçün doğru yoldur”, - deyə o bildirib.