“Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi normal şərtlərdə adi qəbul olunmalı idi. Birinci dünya müharibəsi zamanı anoloji hallar kifayət qədər çox olub”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi deyib.
O bildirib ki, tarix və sivil dünya faşizmi lənətlədikdən sonra bu cinayətkar təşkilata və ona xidmət edən insanlara qarşı beynəlxalq məhkəmə təşkil edildi:
“Faşizmin insanlığa qarşı cinayəti faktlarla sübut olundu. Ağlı başında olan insanın faşizmə dəstək verməsi mümkün deyil. Paşinyanın babasının faşizmə xidmət etməsini paylaşması və onunla qürur duyduğunu bildirməsi bu adamın ciddi problemləri olduğundan xəbər verir. Erməni xalqı müstəqillik illərində ağlı başında olan bir rəhbər görmədi. Paşinyandan öncəki bütün prezidentlər də Zəngəzurda, Göyçədə, Dağlıq Qarabağda və xüsusən Xocalıda soydaşlarımza qarşı soyqırım əməliyyatlarının birbaşa təşkilatçıları və iştirakçıları olublar”.
Qeyd edək ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb. Bu barədə məlumatı baş nazirin özü sosial şəbəkələrdə paylaşıb. Babasının fotosunu yayan N.Paşinyan belə yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.