“Bəzi təşkilatlar Ermənistanda yaşananları görməzdən gəlir”

“Onların bu ölkədə baş verənlərə göz yumması informasiya müharibəsi ilə əlaqədardır”

“Əminliklə demək olar ki, Ermənistan uğursuz dövlətdir, terror təşkilatıdır”



Bir neçə gün əvvəl "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Sarukyan ifadə vermək üçün istintaqa cəlb olunub. Onun həbs ediləcəyi istisna deyil. 
Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri bunun qarşısını kobudluqla alıb. Yüzlərlə adam saxlanılıb və təzyiqlərə məruz qalıb.

Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib. Beləliklə, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanlarının lüzumsuz yerə güc tətbiq etməməsi, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Qərbin niyə susması isə sual altındadır. Bəs harda qaldı demokatik dəyərlər, insan haqqları?!

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyət baş verənləri şüurlu şəkildə görməzdən gəlir:

“Bu hadisələrlə bağlı Avropa Şurasına müraciət olunub. Yəqin, məsələ müzakirəyə çıxarılacaq. Beynəlxalq təşkilatların baş verənlərə göz yumması isə informasiya müharibəsi ilə əlaqədardır. Üstəlik, erməni lobbisi də çox güclü işləyir. Amma əminliklə demək olar ki, Ermənistan uğursuz dövlətdir, terror təşkilatıdır. Hakimiyyət uğrundan gedən mübarizə isə real Ermənistanı bir daha üzə çıxarır”.