"Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdəki bütün təşəbbüsləri və dünya müharibəsi ilə müqayisə olunan “COVID-19” pandemiyasına qarşı qlobal səviyyədə mübarizəsi tarixi addım kimi dünya birliyi tərəfindən qiymətləndirilir".
Bu sözləri “Sherg.az”a Millət vəkili Razi Nurullayevin rəhbərlik etdiyi AXC yetkilisi Ehtiram Mehdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin davamlı və uğurlu təşəbbüsləri onun liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi:
"Dünya ölkələri Dövlət başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq arenada xüsusi söz sahibi olması və liderlik imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunun şahidi olduq. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin beynəlxalq münasibətlər sistemində həyata keçirdiyi uğurlu missiyaya bir vətəndaş kimi sevinməli və təqdir etməliyik. Hesab edirəm ki, bu, xalqımız üçün qürur doğuran bir hadisədir".