AB-dən qərəzli BƏYANAT: Gəncə terroruna dair foto paylaşdılar, amma... - İkili standart 

Avropa Birliyi (AB) Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar atəşkəsin kobud şəkildə pozulmasına dair bəyanat yayıb. 
«Sherg.az» «Le figaro.fr»ə istinadən xəbər verir ki, qurumun diplomatı Josef  Borrel qeyd edib ki, AB Dağlıq Qarabağda başlayan müharibə ilə bağlı Moskva görüşü nəticəsində əldə olunun humanitar atəşkəsin kobud şəkildə pozulmasından dərin narahatlıq keçirir :
«Bu müharibə nəticəsindeə mülki obyeklərin hədəf alınması və mülki vətəndaşların qurban getməsi böyükl narahatlıq doğurur. Hərbi fəaliyyətlər mülki obyektlərin vurulması ilə müşayiət olunmamalıdır ». 

J.Borrel onu d əlavə edib ki, sentyabrın 27-dən etibarən Ermənistan təxribatlarına cavab olaraq Azərbaycan tərəfinin başlatdığı əks-hücum əmləiyyatından dərhal sonra AB müharibənin tezliklə dayandırılmaısna dair hər iki tərəfə çağırış edib: 

«Bundan sonra AB tərəfləri Moskvada əldə olunan humanitar atəşkəsə əməl etməyə dəvət edib. Lakin məlum atəşkəs kobud şəkildə pozuldu və hər iki tərəf bunu bir-birinin üzərinə atır ». 



Qeyd edək ki, Avropa Birliyinin bəyanatında işğalçı Ermənistanın Gəncədə törətdiyi terror aktına dair foto yerləşdirilsə də, qurum Ermənistanın bu vandal davranışına dair bir cümlə belə qeyd etməyib. Bu da həmin təşkilatın işğalçı ilə işğala məruz qalan tərəflər arasında bərabərlik işarə qoymasından və qərəzli yanaşmasından irəli gəlir.