Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) rəhbəri Pənah Hüseynin də partiyasına qərargah verilib.
"Sherg.az" xəbər verir ki, bu barədə P.Hüseynin özü məlumat verib. Təşkilat sədri bunları qeyd edib:
"Bu gün Azadlıq prospekti 161b ünvanında yeləşən inzibati binada AXP-yə qərargah məqsədi ilə istifadə üçün təklif edilən 59,8 kv.m. qeyri yaşayış sahəsini təhvil almaq barədə AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri ilə birillik icarə müqaviləsini imzaladım və açarları götürdüm".