Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O Ukrayna hökuməti ilə Rusiyanın dəstəklədiyi separatçı qüvvələr arasındakı gərginlikdən danışıb. D.Peskov Ukraynanın şərqindəki münaqişə xəttində vəziyyətin olduqca qorxulu olduğunu və orada bir çox "təxribatın" həyata keçirildiyini deyib.
"Sherg.az" xəbər verir ki, Pentaqonun açıqlamasına görə, ABŞ Müdafiə Naziri Lloyd Austin dünən ukraynalı həmkarı Andrii Taran ilə əlaqə saxlayıb. Belə ki, o, son günlər Ukraynanın şərqindəki aqressiv və təxribatçı Rusiyanın hərəkətlərinin kəskinləşməsini pislədiyini bildirib.
Qeyd edək ki, Rusiya Ukraynanın şərqindəki Donbass bölgəsində qarşıdurma kəskinləşəcəyi təqdirdə Ukraynanı "məhv edə" biləcəyi barədə dünən xəbərdarlıq etmişdi. Digər tərəfdən NATO isə Ukraynanın şərqinə yaxın bölgədə Rusiyanın əsgərləri yığmasının narahatlıq yaratdığını açıqlamışdı.