XİN-də struktur dəyişikliyi:“İşlər sürətli mübadilə formasını alacaq”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib. Nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb. O, bundan sonra nazirliyin İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, UNESCO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Bununla yanaşı əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.



XİN-dəki sturuktur dəyişikliklərini “Sherg.az”a dəyərləndirən millət vəkili Asim Mollazadə dəyişikliklərin müsbət nəticəsi olacağına inandığını qeyd edub:

“Ölkəmiz üçün çox önəmli olan bir sıra istiqamətlər üzrə fəaliyyət güclənəcək, səfirliklərlə Azərbaycan XİN arasında işlər daha sürətli mübadilə formasını alacaq. Uzun zamandır ki, XİN-nin işlərində hansısa dəyişiklik yox idi. Ona görə də belə sturuktur islahatlarına müsbət yanaşırıq. Ümid edirik ki, böyük əhəmiyyət kəsb edən XİN güclənəcək və Azərbaycanın dövlət maraqları uğurla həyata keçiriləcək”.