Ermənistan Avropa İnsan Haqları Məhkəməsində: "Əməllərinə görə cavab verəcək"


“Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Ermənistanın Azərbaycana qarşı bir sıra cinayətlərinə baxacaq”.
Bu sözləri siyasi analitik Yeganə Hacıyeva deyib.
 O, “Sherg.az”a açıqlamasında bildirdi ki, rəsmi İrəvan törətdiyi əməllərə görə cavab verəcək:

“Qanun pozuntuları əsasən İkinci Qarabağ müharibəsi dövründə törədilmiş cinayətlərə aiddir və mülki şəxslərə, habelə mülki və dövlət əmlakına və infrastruktura qarşı hücumları, edamlar, hərbi qulluqçu və mülki şəxslərlə kobud davranma və zədə yetirmə, hərbi əsir ələ keçirmə və saxlamanı əhatə edir.

Paralel olaraq Azərbaycan AİHM-dən 1992-ci ildən bəri bir sıra konvensiyaların pozulmasına, o cümlədən yüz minlərlə azərbaycanlının evlərindən didərgin düşməsinə, müvafiq istintaq aparılmadan Azərbaycan vətəndaşlarına qarşı  pis rəftar və onların itkin düşmələrinə, mədəni və dini dəyərlərin məhv edilməsinə görə Ermənistanın cavabdeh tanınmasınını tələb edir”.