“KTMT yalnız Rusiyanın mənfəətinə uyğundur” - ŞƏRH

“KTMT ora daxil olan ölkələrin sadəcə birinin marağına cavab verir”.

Bu sözləri bu gün “Sərq" TV-nin “Düzünü deyək” verilişinin növbəti qonağı tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov dedi. O, sözügedən qurumun mahiyyətin belə izah etdi:
 “KTMT yalnız Rusiyanın mənfəətinə uyğundur. Məsələ ondan ibarətdir ki, Moskva NATO-ya bənzər bir qurum yaratdı və keçmiş sovet ölkələrini onun tərkibində birləşdirdi. Ermənistan isə hər fürsətdə KTMT-dən onu müdafiə etməsini tələb edir. Eyni ilə Tovuz hadisələrində olduğu kimi. Halbuki prosesin səbəbkarı rəsmi İrəvan özü, onun işğalçılıq siyasəti idi”.