Sensasiya! “Rusiyadakı erməni lobbisi diasporumuzu ələ keçirib”

“Rusiyada fəaliyyət göstərən erməni lobbisi o qədər güclüdür ki, Azərbaycan Diasporunu da ələ keçirib”.
Bu sözləri tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov Rusiyadan deport edilməsi barədə “Şərq” TV-yə açıqlamasına söyləyib.
Jurnalist bildirib ki, Azərbaycan diasporunun başçısı və Moskva azərbaycanlılarının diaspor rəhbəri ermənilərə xidmət edirlər:

“Moskvada istər Türkiyəni, istərsə də Azərbaycanı müdafiə etmək üçün apardığımız fəaliyyətlər birinci növbədə ermənilərə ziyan vurdu. Lakin jurnalistlərdən biri Rusiya kanalına çıxıb deyir ki, “Heç bir soyqırım olmayıb. Belə hal yaşanıbsa, arxivdəki sübutları ortaya qoyun”.

Ona görə də sovet ittifaqı dağılandan etibarən göstərdikləri fəaliyyətlərinə əngəl olan adamı arzu etmədilər.

Beləliklə, satqın diaspor rəhbərlərinin “əli” və adı ilə Rusiya hüquq- mühafizə orqanlarına şikayətlər göndərirlər ki, bu şəxsi ölkədən deport edin. Hər kəsə məlumdur ki, Rusiyada qatı cinayət törətmiş insanlar 15 il müddətinə deport edilir. Lakin jurnalist olaraq fəaliyyət göstərən Fuad Abbasov 50 illik deport olunub.

Deportasiya ilə bağlı Moskva region məhkəməsinə müraciət etdim. Lakin onlar qərarı doğruladı. Bundan sonra Rusiyanın Ali məhkəməsinə müraciət ünvanladım.

Ali Məhkəmə də eynilə Moskva region məhkəməsinin qərarını təsdiqlədi. Qərara görə, guya Rusiyada viza rejimini pozmuşam, sənədlərim yerində deyil. Bunun da əsas səbəbi heç bir sübut tapmadıqları idi. Evdə nə qədər axtarış etsələr də, cinayətə səbəb olacaq dəlil tapmadılar.

Ona görə 20 ildən çox rəsmi olaraq işlədiyim Rusiyada söylədilər ki, sənədlərim yerində deyil. Çox maraqlıdır, sənədləri yerinə olmayan jurnalist niyə 50 il müddətinə deport edilir?

Əlbəttə, bunun sifariş olduğu bəllidir və sifarişin başında Rusiya erməniləri ittifaqının rəhbəri Ara Abramyan dayanır”.