Türkiyə bizim strateji tərəfdaşımızdır, bütün beynəlxalq platformalarda Gürcüstanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəkləyir.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər naziri David Zalkaliani “İmedi” televiziyasına açıqlamasında deyib.
O, Türkiyənin ölkəsinin ərazi bütövlüyü və suverenliyinə, həmçinin NATO və AB-yə inteqrasiyaya dəstək verdiyini vurğulayıb.