“İlk addım atıldı: Paşinyanla Köçaryanın tərəfdarları arasında qanlı dava düşdü. Yaralılar var”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O, “Sherg.az”a açıqlamasında daxili xaosun davam etdiyini söylədi:
“Hazırda klanlar arasında savaş gedir. Xuntalaşmış və xaricdən idarə olunan dəstələr üz-üzə gəlir. Toqquşmalar “seçki” adlanan məsxərəyə qiymət verməyə şərait yaradır”.
Ə. Əlibəyli, həmçinin seçkilərin nəticəsi barədə proqnozlarını bölüşdü:
“Bu, Ermənistanın daxili işi deyil. Bir tərəfdə Rusiyanın dəstəklədiyi cinayətkar Robert Köçəryan, digər tərəfdə isə Avropaya meyil göstərən və Moskvanın ölkədəki mövqelərini zəiflətməyə çalışan Nikol Paşinyan var. Həlledicii məqam seçki məntəqələrindəki amansız mübarizə olacaq. Məsələ kimin daha artıq səs toplayacağından yox, kimin hərbi və polis gücünün daha çox olacağından gedir”.