İrəvanın yolu yoxdur! – “Delimitasiyanın tez başa çatmasına...”

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub. S. Şoyqu və V. Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı həm də Ermənistan-Azərbaycan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunub.

Hərbi ekspert Ədalət Verdiyev tərəflər arasındakı müzakirəni “Sherg.az”a şərh etdi: 

“Ermənistan xüsusilə “Şuşa bəyannaməsi”ndən sonra başa düşür ki, onu dəsətkləyən dövlət qalmayıb. 

Son şans kimi Rusiyadan imdad diləyir. Amma bu, Moskva ilə təmasların reallığı dəyişəcəyi kimi başa düşülməməlidir. 
Ermənistan delimitasiya prosesinin mümkün qədər tez başa çatmasına və yekun müqavilənin imzalanmasına çalışmalıdır. 
İrəvanın bundan başqa yolu yoxdur. Ermənistanın Azərbaycanla sərhədlərini rusların qoruması isə yeni məsələ deyil. Bu, çoxdan belədir”.