Ruminiya, Litva və Avstriyanın XİN başçıları Ermənistan müxalifətini narazı salıb

"Ruminiya, Litva və Avstriyanın XİN başçıları Tbilisidə Qafqaza səfərlərinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər".

"Sherg.az" xəbər verir ki,  bunu politoloq Zaur Məmmədov deyib. 

Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndələrinin İrəvana səfərindən qabaq onlara bölgənin gələcəyi ilə bağlı yol xəritəsini  başa salıb: 

"Onlar Şərq Tərəfdaşlıq proqramı çərçivəsində region dövlətləri ilə əməkdaşlığı bu dəfə daha məzmunlu şəkildə davam etdirəcəklər. Qonaqların İrəvandakı çıxışları isə, Ermənistan müxalifətini narazı salıb. Belə ki, onlar çıxışlarında "əsir"lərin qaytarılması və minalanmış ərazilərin xəritələrinin qaytarılmasının vacibliyi haqqında danışıblar. Ermənilər xəritələr məsələsinə hiddətlənib. Bu isə, bir daha onların dağıdıcı xüsusiyyətlərinin göstəricisidir. Aİ nümayəndələri, İrəvanda Azərbaycan və Ermənistan arasında əməkdaşlığın və etibarlı münasibətlərin yaradılmasının vacibliyindən danışıblar. "Qarabağın statusu", "Bakı və İrəvan arasında Dağlıq Qarabağın müzakirəsi" ifadələrindən istifadə etməyərək, ermənilərin daha da hiddətinə səbəb olublar".