“Xankəndidə ermənilər arasında təşviş yaranıb. Məlumatlara görə, azərbaycanlılar ermənilərə zəng edərək, evlərini almaq istədiklərini bildirirlər”.
"Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, erməni ekspert Tiqran Abrahamyan zənglərin kütləvi olduğunu deyir:
“Paşinyan hakimiyyəti və Araik Arutyana qarşı olan bu iddialar ermənilərin daxili siyasi mübarizəsindən qaynaqlanır. Lakin belə şaiyələrin yayılması Qarabağdakı ermənilərə psixoloji təzyiq baxımından effektlidir. Birincisi, ermənilərdə azərbaycanlıların sülhməramlıların nəzarət etdiyi ərazilərə qayıtmağı planlaşdırdığı rəyi formalaşır. İkincisi isə edəcəkləri seçimi sürətləndirir. Ya Azərbaycan vətəndaşı kimi yaşamalı, ya da bölgəni tərk etməlidirlər. Bölgəni tərk edəcəkləri qarşıdakı dövrdə daha real görünür”.