Putin vətəndaşların suallarını cavablandırarkən bir sıra maraqlı məqamlara toxunub
Rusiya Prezidenti Vladimir Putin “Birbaşa xətt” verilişində Rusiya vətəndaşlarının suallarını cavablandırıb. V.Putin heç kimin - nə Ermənistanın, nə də Azərbaycanın Qarabağda böhranın inkişafında maraqlı olduğunu bildirib: “Rusiya ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Heç kəs bu böhranın inkişaf etməsində maraqlı deyil. Nə Azərbaycan, nə də Ermənistan, nə də ki, Dağlıq Qarabağın sakinləri... Məsələnin digər tərəfi budur ki, əgər hamımız dinc və mehriban şəkildə yaşasaq, insanların həyatını yaxşılaşdırmaq üçün hər cür şərait yaradacağıq. Üstəlik, yalnız təhlükəsizlik sahəsində deyil, həm də mövcud şəraitdə. Sözsüz ki, Qarabağda yaşayan insanların normal yaşayışı, iqtisadi və sosial inkişafına yüksək səviyyədə ehtiyacı var. Hər zaman silahlı münaqişənin başlanacağı həyəcanı ilə yaşamaq mümkün deyil. Biz bunu gözəl başa düşürük".
V.Putin deyib ki, bunu Ermənistan və Azərbaycanın rəhbərləri də başa düşür:
“Bəli, problemlər həqiqətən çox yığılıb. Normal infrastrukturun qurulması problemi mövcuddur. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi var, harada ki, heç vaxt dövlət sərhədi olmayıb. Bu, ancaq iki müttəfiq respublika arasında inzibati sərhəd olub. Biz indi bu işin həyata keçirilməsi prosesindəyik.
Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik. Bu işdən faydalananlar sözsüz ki, Dağlıq Qarabağın sakinləri olmalıdır. İstərdim, düşünüm ki, onilliklər ərzində yığılıb qalan bütün çətinliklərə baxmayaraq, belə də olacaq”.
Rusiya Prezidenti Cenevrə görüşü barədə də sualları cavablandırıb. O bildirib ki, ABŞ prezidentindən çox şey asılıdır:
“ABŞ-dan olan alimlər və analitiklər öz siyasi rəhbərliyinə və sinfinə məsləhətlər verirlər. Birqütblü dünyanın vaxtı keçib, dünya dəyişir. Sanksiyalara baxmayaraq Rusiya inkişaf edir, onun yüksək müdafiə qabiliyyəti var. Bəzi mövqelərə görə isə bizim göstəricilərimiz ABŞ-ı üstələyir. Asiya ölkələri də inkişaf edir. Tərəfdaşlar bütün bunları anlayırlar, ona görə də Cenevrədəki görüş lazım idi. Digər tərəfdən, onlar öz mövqelərini qorumaq istəyirlər, buna görə də sanksiyalar və təxribatlar olur”.
Prezident ümid edib ki, ABŞ da daxil olmaqla, münasibətlər normal məcraya qədəm qoyacaq. O, diqqətə çatdırıb ki, Rusiya qanunlarının tələblərini yerinə yetirməyən bir sıra xarici sosial şəbəkələrlə bağlı problem mövcuddur:
"Rusiya hakimiyyəti qərb sosial şəbəkələrini bloklamağı planlaşdırmır. Bizim bu cür planlarımız yoxdur. Heç kimi bloklamağa hazırlaşmırıq. Əksinə, onlarla işləmək niyyətindəyik".
Putin həmçinin qeyd edib ki, lokdaunun olmaması üçün Rusiya regionlarında məcburi vaksinasiya tətbiq edir:
"İnfeksiyanın yayılmamasının qarşısını yalnız vaksinasiya hesabına almaq olar. ÜST-nin tövsiyələrinə əsasən, adi hallarda yenidən vaksinasiya 12 aydan sonra, pandemiya şəraitində isə 6 ay sonra məsləhət görülür. Mən "Sputnik V" ilə peyvənd olundum. Ordumuz da “Sputnik V” vurdurur. Axı mən həm də Ali Baş Komandanam”.
Qeyd edək ki, verilişin aparıcılarından biri Yekaterina Berezovskaya Rusiya prezidenti canlı yayımda sualları cavablandırdığı zaman verilişin rəqəmsal sistemlərinə DDoS hücumlar həyata keçirilib.