Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb. Bunu XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Tvitterdə yazıb. Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
Sözügedən sənədlə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Qırğızıstan Azərbaycan üçün vacib tərəfdaşdır:
“Biz nəinki MDB ölkələrinin, həmçinin türkdilli ölkələrin üzvüyük. Ona görə də əsas odur ki, münasibətlərimiz inkişaf etsin. Bu baxımdan sözügedən saziş çox əhəmiyyətlidir. Digər tərəfdən türkdilli ölkələr çərçivəsində bütün dövlətlərin münasibətlərində inkişafların olması vacibdir. Təkcə Azərbaycan-Qırğızıstan yox, eyni zamanda digər ölkələrlə əlaqələrimiz lazımdır. Məsələn, Qazaxıstanla əlaqələrimiz yüksələn xətlə inkişaf etməsi, Qırğıstanla olan münasibətlərimizə müsbət təkan verir”.