Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, dövlət başçıları arasındakı söhbət zamanı Qarabağ məsələsinə də toxunulub.
V.Putin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə E.Makrona məlumat verib. O, bölgədə normal iqtisadi fəaliyyətin canlanması və nəqliyyat əlaqələrinin bərpası üçün ilkin şərtlərin yaradıldığını bildirib. Həmçinin, Rusiya prezidenti hərbi əməliyyatlardan təsirlənən bölgə əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirakının zəruriliyinə diqqət çəkib.
Söhbət zamanı Qarabağ nizamlanmasının müxtəlif aspektlərinin ATƏT-in Minsk qrupu xəttilə koordinasiyasına qarşılıqlı hazırlıq ifadə olunub.
Bununla yanaşı, telefon danışığı zamanı Ukrayna və Liviya kimi regional problemlər ətrafında da fikir mübadiləsi aparılıb.
Həmçinin, prezidentlərin beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da müzakirələr apardığı bildirilib.