“Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təcavüzdən 1 il ötür”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında yazıb.
“Ermənistanın hərbi təxribatları Azərbaycanın şanlı qələbəsi ilə bitən 44 günlük müharibəyə gətirdi. Vətən uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq”, - deyə nazir qeyd edib.