"Qoşulmama Hərəkatına sədrlik nəticəsində biz çox ciddi nailiyyətlər əldə etmişik"
"Bunlardan biri də məhz torpaqlarımızın azad olunmasıdır"
Azərbaycanın Qarabağ müharibəsində qazandığı zəfər, şübhəsiz ki, asan başa gəlmədi. Bu qələbədə hərbçilərimiz qədər, diplomatik əlaqələrimizin də rolu oldu. Xüsusilə 2019-cu ildən sədrlik etdiyimiz Qoşulmama Hərəkatının dəstəyini aydın hiss etdik. Sözügedən beynəlxalq təsisatın ayrı-ayrı vaxtlarda verdiyi bəyanatlar bunu təsdiqləyir.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov “Sherg.az”a açıqlamasında Qoşulmama Hərəkatının qələbəmizdəki rolunu belə qiymətləndirdi:
“Hələ 2011-ci ildə biz bu quruma üzv olanda çoxları təəccübləndi. Müharibə isə bizim o zaman necə doğru qərar verdiyimizi göstərdi. Çünki məkrli planlar alt-üst oldu, reallaşmadı. Qoşulmama Hərəkatına sədrlik nəticəsində biz çox ciddi nailiyyətlər əldə etmişik. Bunlardan biri də məhz torpaqlarımızın azad olunmasıdır. Ümumiyyətlə, ötən illər ərzində Azərbaycan beynəlxalq aləmdə çox ciddi güc sahibi oldu”.