Ermənilər yalvara-yalvara təslimçilik aktını imzaladılar.
Qarabağda ermənilərin qeyri-qanuni silahlı qüvvələri ləğv edilməlidir.
Bu sözləri ekspert, ictimai fəal Hacı Ələsgərov bildirib.
“44 günlük müharibədə Ermənistan Azərbaycanın qarşısında diz çökdü. Yalvara-yalvara təslimçilik aktını imzaladılar. Bu gün 10 noyabr bəyanatına əməl etmək istəmirlər. Qarabağda tenidən güllü səsləri eşidilir. Onlar bununla düşünürlər ki, Qarabağda quruculuq işlərinin qarşısı alacaqlar və yanılırlar. Özüm Qarabağda olmuşam və orada böyük quruculuq işlərinin canlı şahidi olmuşam”,-deyə o bildirib.
H. Ələsgərov bildirib ki, Rusiya sülhməramlıları Qarabağda mövcud olan ermənilərin qeyri-qanuni hərbi birləşmələrinin ləğvini həyata keçirtməlidirlər: “Əks-təqdirdə Azərbaycan ordusu həyata keçirəcək. Bu isə ermənilər üçün baha-başa gələcək”.