Prezident İlham Əliyevin Rusiyaya səfəri gözlənilir. Bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov bu səfəri "saat əqrəblərini tutuşdurmaq" kimi xarakterizə edib.
Səfərdən gözləntiləri "Sherg.az"a şərh edən analitik Aqşin Kərimov qeyd edib ki, bu səfər yekun sülh müqaviləsinin hazırlanması mərhələsinin başlanması deməkdir:
"İlham Əliyev rusiyalı həmkarı ilə detalları müzakirə edəcək. Rusiya sülhməramlıların fəaliyyəti ətrafında fikir mübadiləsi aparılacaq. İlham Əliyev Vladimir Putinin dilindən Ermənistanın təkliflərini dinləyəcək. Bundan sonra növbəti üçtərəfli görüş keçirilməsi gözlənilir.
Hələlik görüşün müzakirəsinin ümumi sxemini belə dəyərləndirmək olar".