"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kuzey Kıbrıs Türk Cumhuriyyətinə gedib. Ərdoğan KKTC parlamentində çıxış edərək adadakı türklərə müjdələr verəcəyinin anonsunu verib. Gələn xəbərlərə görə, müjdələrdən biri Azərbaycanın KKTC-ni tanıması ola bilər".
Bu fikirləri "Sherg.az"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib.
Analitikin fikrincə, təsadüfi deyil ki, Azərbaycan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri və üzvləri adaya gediblər:
"Deputatlarımız keçmiş illərdə də Kıbrısa səfər edərdilər, ancaq budəfəki heyətin tərkibi genişdir.
Azərbaycanlı deputatlar daha əvvəl Ankarada Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşmüşdü. Bunlar təsadüfə oxşamır.
Ankara Azərbaycana müharibədə kifayət qədər dəstək verdi, qələbəmizdə bu dəstəyin payı böyükdür. Ankara rəsmi Bakının KKTC-ni tanımasını və ya ən azı adayla əməldə sıx əlaqələr qurmasını istəyir. Strateji müttəfiqlik qarşlılıqlı dəstəyi diqtə edir".