Ermənistanın keçmiş prezidenti Robert Koçaryan özünün “Facebook” səhifəsində bəyanat yayıb.
O, deputat mandatından imtina etdiyini bildirib.
Koçaryan öz mandatını komandasından olan birisinə güzəştə gedəcəyini vurğulayıb.
Qeyd edək ki, eks-prezidentin rəhbərlik etdiyi “Ermənistan” bloku iyunun 20-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində 21,9% səs toplayaraq parlamentdə 29 yer əldə edib.