Ceyhun Bayramov Cavad Zəriflə danışdı: Gündəm regionda təhlükəsizlikdir


İyulun 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Bu barədə Sherg.az-a Xarici İşlər nazirliyinin mətbuat idarəsindən məlumat verilib.

Məlumata görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.