Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Baş Qərargah rəisinin müavini Arşak Karapetyan Müdafiə Nazirinin birinci müavini təyin edilib.
Bundan bir qədər əvvəl isə prezidentin fərmanı ilə Arşak Karapetyan Baş Qərargah rəisinin müavini postundan azad edilib. O, indi faktiki olaraq iyulun 20-də istefaya gedən Vaqarşak Arutyunyanın əvəzinə Müdafiə naziri vəzifəsini icra edəcək.
Karapetyan bu ilin aprelində Baş Qərargah rəisinin birinci müavini postuna təyin edilib. Buna qədər isə o, Baş nazirin müşaviri olub.
Mövcud hakimiyyət onu 2016-cı ilin aprel döyüşləri zamanı baş verən rüsvayçılıqdan sonra "himayə" edib. General o vaxt Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi vəzifəsini tuturdu və bu döyüşlərdən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.
2018-ci ilin dekabrında Baş nazir Nikol Paşinyan onu özünə müşavir təyin etməyə qərar verib.