“Diplomatik və hərbi uğurlarımızla ədaləti bərpa edirik”


Azərbaycanın hərbi müstəvidə əldə etdiyi qələbə, şübhəsiz ki, çox ciddi diplomatik gedişlərə əsaslanır. Belə ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev uzun illər Ermənistanın  qeyri-konstruktiv mövqeyi ilə bağlı beynəlxalq aləmdə çıxışlar edib, haqq səsimizi yüksəldib. 2019-cu ildə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası, həmin il təşkil olunan MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşü, Münhen Təhlükəsizlik Konfransı (2020) və digər beynəlxalq tədbirlər məhz bu baxımdan səciyyəvidir.

Həmin konfranslarda Prezidentin çıxışlarının hər biri böyük qələbə istiqamətində atılan bir addım idi.  

 Politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında dövlət başçısının müxtəlif vaxtlarda eyni mövzulu  çıxışlarının əhəmiyyətini yüksək qiymətləndirdi:

“Məsələ ondan ibarətdir ki, mədəni natamamlığı olan ermənilə həmişə Qafqaz regionu üçün təhlükə yaradıb, sabitliyə əngəl olublar. Və bunun fəsadları bizə dəyib. İlham Əliyevin çıxşlarının hər biri konket faktlara, dəmir məntiqə söykənir. Təsadüfi deyil ki, artıq beynəlxalq aləmdə haqq səsimiz daha çox eşidilir. Eyni zamanda məlum olduğu kimi, İlham Əliyevlə Nikol Paşinyan bir neçə dəfə görüşüblər. Həmin dialoqlarda Paşinyanın acizliyi, özünü itirməsi Ermənistanın zərərli ideologiyasından xəbər verir. Ermənilər gələcəyə gedən yollarını müəyyən edə bilmirlər. Lakin biz diplomatik və hərbi müstəvidəki uğurlarımızla haqq-ədaləti bərpa edir, erməni miflərinin üstündən xətt çəkirik”.