"Gəncədə baş vermiş bu olay insanlığa sığmayan hadisədir".
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu Gəncə şəhərinə səfər edən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında bildirib.
"Müharibə məkanında döyüşə bilməyənlərin gecə yarısı dinc insanların yuxuda olduğu zaman döyüş getməyən bölgədən kənar şəhəri raket atəşinə tutması alçaqlıqdır", - o deyib.