"Təsadüfi deyil ki, Koçaryanın, Sarkisyanın prezidentliyi dövründə hər məhəllənin öz kriminal avtoriteti var idi"
Ermənistan polisinin sabiq rəis müavini, vəkil Hovannes Koçaryan “News.am”a müsahibəsi verib. O, bildirib ki, ölkədə cinayətkarlıq artacaq. Çünki onun inkişafı üçün əlverişli olan hər cür şərait yaradılıb
"Mövcud cinayət faktorları azalmır, azaldılmır, aradan qaldırılmır, qanunauyğunluğa çevrilir və onlar üçün bütün əlverişli şərait yaradılıb. Cinayətkarlığın azaldılması, cinayət faktorlarının zərərsizləşdirilməsi haqqında danışmağımız üçün ictimai həyatımızda bir sıra müsbət dəyişikliklər, buna gətirib çıxaracaq müsbət yeniliklər etməliyik", - o deyib.
Koçaryan qeyd edib ki, o, optimist proqnozlar üçün ilkin şərtləri görmür. "Cəmiyyət həyəcan içindədir, problemlər ağırlaşır, sosial ziddiyyətlər artır, siyasi sistemdə, cəmiyyətdə də qarşıdurma hökm sürür və bunun fonunda cinayətkarlığın azaldılmasından söhbət gedə bilməz", - Ermənistan polisinin sabiq rəis müavini əlavə edib.
Ermənistanın Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən illə müqayisədə bu il həm ölkənin regionlarında, həm də İrəvanda cinayət hadisələrinin sayı artıb.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu sabiq polis işçisinin açıqlamasını “Şərq”ə təhlil edərkən vurğulayıb ki, Koçaryan Baş nazir Nikol Paşinyanı tənqid etmək istəyib:
"Amma Ermənistanda kriminalizmin tarixinin olduğunu unudur. Ermənistan Avrasiya materikində kriminal avtoritarizm haqqında kitab yazılan yeganə ölkədir. Yəni cinayətkarların sayı bu qədər çoxdur. Cəmiyyətdə kriminal avtoritetlərin xüsusi hörməti var. Təsadüfi deyil ki, Koçaryanın, Sarkisyanın prezidentliyi dövründə hər məhəllənin öz kriminal avtoriteti var idi”.
M.Ədmədoğlunun sözlərinə görə, bu, Ermənistanın sonunu gətirəcək:
“Düşmən ölkədə bütün sahələr gerilədiyi halda, kriminalizm “çiçəklənir”. Beləliklə, Ermənistan yaxın gələcəkdə kriminal dövlətə çevriləcək. Məsələ ondan ibarətdir ki, ermənilər etnos kimi “qocalıblar”. Onlar “ölüm” ərəfəsindədirlər. Və eynilə şumerlər, akkadlar kimi məhv olacaqlar. Bunu özləri də başa düşürlər. Təsadüfi deyil ki, ermənilərin şüuraltında “mənəm, mənəmlik” hökm sürür. Hətta Qarabağ müharibəsi zamanı da daxili intriqalar səngimədi. Yəni erməni etogenində kriminalizmin öz yeri var. Bu, onlar üçün Qarabağ məsələsindən də prioritetdir”.