“...Regionda daimi sülh və sabitlik təmin olunardı”
“Bu, qlobal güclərin ən azı Qafqaz məsələsini bəhanə edərək Türkiyə, Rusiya və İranı üz-üzə qoymasının da qarşısını alacaqdı”
Regionda yenidən mürəkkəb geosiyasi vəziyyətin yaranması ilə bir vaxtlar gündəmdə olan altılıq platforması sanki tədricən unudulmaqdadır. Hər halda bölgə dövlətlərinin bu barədə yekdil fikrirləri yoxdur. Bu isə 3+3 formatının gələcəyini sual altında qoyur.
Siyasi analitik Turab Rzayev sözügedən məsələ barədə “Sherg.az”a danışdı:
“Region dövlətlərinin bu barədə mövqələri, istəkləri üst-üstə düşmədi. Gürcüstan Rusiya faktoruna görə bunu istəmir. İran müəyyən səbəblərdən layihəyə maraq göstərmir. Ermənistan isə ümumiyyətlə “Altılıq platforması”nın əleyhinədir. Odur ki, layihə uğursuzluğa düçar oldu, alınmadı. Halbuki “Altılıq platforması” yaransa idi, regionda daimi sülh və sabitlik təmin olunardı. Bu, qlobal güclərin ən azı Qafqaz məsələsini bəhanə edərək Türkiyə, Rusiya və İranı üz-üzə qoymasının da qarşısını alacaqdı”.