“...Daxildə narazılıq yaranacaqdı. Qərbə gedəcəyi təqdirsə isə bu, Moskvanın xoşuna gəlməyəcək”
“Güman edirəm ki, İran Azərbaycanla Ermənistanı “eyni tərəzinin gözünə qoymamalıdır”
“Belə olsa Azərbaycan daxilində anti-Tehran ritorikası güclənəcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan İran İslam Respublikasına işgüzar səfər edəcək. Bu barədə erməni KİV məlumat yayıb. Məlumata əsasən, bu gün baş tutacaq səfər çərçivəsində Paşinyan İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşəcək və onun andiçmə mərasiminə qatılacaq.
Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Paşinyanın baş nazir kimi ilk rəsmi səfərinin məhz Tehrana olmasını “Sherg.az”a şərh etdi:
“Əlbəttə, Paşinyan tərəflər arasında münasibətlərin daha da yaxşılaşmasını istəyir. İkinci bir tərəfdən isə o, “erməni hiyləsi” işlədir. Çünki ilk rəsmi səfərini Rusiyaya etsə idi, daxildə narazılıq yaranacaqdı.
Qərbə gedəcəyi təqdirsə isə bu, Moskvanın xoşuna gəlməyəcək. Güman edirəm ki, İran Azərbaycanla Ermənistanı “eyni tərəzinin gözünə qoymamalıdır”.
Belə olsa Azərbaycan daxilində anti-Tehran ritorikası güclənəcək. Fikrimcə, bu, cənub qonşumuzun maraqlarına cavab vermir.
Ona görə də vəziyyəti anlamalı və düzgün qərar verməlidir”.