Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.
17:50
Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev regional sabitliyə nail olmaq naminə əməkdaşlıq barədə razılığa gəliblər.
TASS-ın məlumatına görə, bu barədə Yelisey sarayının liderlərin telefon danışığı barədə açıqlamasında qeyd olunub.
“Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron regionda sabitliyin möhkəmlənməsi məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunub.