“Ermənilərə bir dəfə şillə dəydi. Bundan sonra nəsə edə bilməyəcəklərini özləri də başa düşürlər”.
Bu sözləri Ermənistanın davam edən hərbi təxribatları barədə “Sherg.az”a danışan türkiyəli müharibə veteran, ehtiyatda olan zabit Abdullah Ünay deyib.
Onun sözlərinə görə, düşmən bir daha əvvəlki “şıltaqlığa” risk etməz: “Mən uzun illər cənub-şərqi Anadoluda terrorçularla mübarizə aparmışam. Bu işlərə yaxşı bələdəm. Bilirəm ki, düşmən cavabını aldığı “dəcəlliyi” adətən təkrarlamır. Ermənilər terrorçuluq edə, gizli provokasiyalar törədə bilərlər. Amma bundan o tərəfə keçməz. Necə deyərlər, atəş olsalar cüzi yer yandırarlar. Buna baxmayaraq, əlbəttə, ayıq-sayıq olmalıyıq”.