Laçın dəhlizini nəzarətə götürməliyik: “Vəziyyəti kontrol altında saxlamaqdan ötrü...”

Ermənistan parlamentinin 20-dən çox deputatı Qarabağa, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi əraziyə gəlib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilir ki, onlar qondarma rejimin "yaranmasının" 30 illiyi ilə bağlı tədbirə qatılacaqlar. Deputatlar arasında parlamentin hər 3 fraksiyasının - "Şərəf duyuram", "Ermənistan" və "Vətəndaş Müqaviləsi" üzvləri var.

Düşmənin belə demək mümkünsə, üzsüzlüyü barədə “Sherg.az”a danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin fikrincə, adekvat tədbirlər görülməlidir:

“Biz Laçın dəhlizini nəzarətə götürməliyik. Bu, vəziyyəti kontrol altında saxlamaqdan ötrü lazımdır. Sülhməramlılar üçtərəfli razılaşmanı pozurlar, mandatlarını yerinə yetirmirlər. Baş nazir Nikol Paşinyanın üç günlük məzuniyyətə çıxması da təsadüfi deyil. Hər zamankı kimi yenə oyun oynayırlar. Adətləri üzrə bu dəfə də qeyri-səmimidirlər”.