Türkiyə ilə təmaslara başlamağa hazırıq – Paşinyanın mətbuat katibi

İrəvan və Ankara rəsmiləri arasında effektiv təmaslar başlayarsa, Ermənistan Türkiyə ilə yüksək səviyyədə dialoqa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu TASS-a Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Nikol Paşinyan Mane Gevorkyan bildirib.

“Baş nazir parlamentin sonuncu iclaslarının birində Türkiyə ilə danışıqlara başlamaqla bağlı baxışlarını açıqladı. Yüksək səviyyəli təmaslardan əvvəl işçi müzakirələr aparılmalı olduğunu söylədi. Ermənistan və Türkiyə rəsmi şəxsləri arasında hələlik kontakt olmamasına baxmayaraq, Ermənistan Nazirlər Kabineti bu cür təmaslara hazırdır. Bu cür effektiv iş olacağı təqdirdə Ermənistan yüksək və ali səviyyədə görüşlərə hazır olacaq”, - deyə o bildirib.