Türkiyə əsgəri İraqda həlak olub


Türkiyə əsgəri İraqda həlak olub
Türkiyə əsgəri İraqın şimalında "Pençe-Şimşek” əməliyyatı zonasında həlak olub.

Bu barədə “Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, atəş sahələrində ağactəmizləmə işləri zamanı ağacın üzərinə düşməsi nəticəsində ağır yaralanan türk əsgəri Faruk Əsər vəfat edib.