"Almaniyanın federal hökuməti Azərbaycan ərazilərinin işğalının ilk günlərindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək həm azərbaycanlıları, həm də erməniləri Azərbaycanın suverenliyi altında təhlükəsiz şəraitdə yaşamağa imkan verəcəyi dayanıqlı həll yolu hazırlamağa çağırıb".
Bunu “Report”a müsahibəsində Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
Səfir deyib ki, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün köçkünlərin təhlükəsiz şəkildə məskunlaşdırılması üçün bərpa ehtiyaclarını, minalardan təmizləmə ilə bağlı problemləri və humanitar problemləri müəyyən etmək məqsədilə geri qaytarılmış ərazilərin müxtəlif bölgələrinə araşdırma missiyası hazırlayıram.
O, bununla Almaniyanın bütün sektorlar üzrə şirkətlərinə, o cümlədən minalardan təmizləmə, inşaat, xidmət və ticarət sektorları üzrə ticarət şirkətlərinə daha ətraflı məlumat verməyin mümkün olacağını diqqətə çatdırıb.
Onun sözlərinə görə, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) Almaniya şirkətlərinə işğaldan azad olunmuş ərazilərin iqtisadi imkanları haqqında faydalı məlumatlar verir.