“Gürcü Arzusu”: “Saakaşvili Gürcüstanda dövlət çevrilişi etmək istəyib”


“Keçmiş Prezident Mixeil Saakaşvili Gürcüstanda dövlət çevrilişi etmək istəyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı ölkəyə dövlət çevrilişini həyata keçirmək və iğtişaşlar törətmək üçün qayıdıb: “Buna müvafiq olaraq, hüquq-mühafizə orqanları onun yeni cinayətinin qarşısınıa almaq üçün bütün tədbirləri gördü”.

Qeyd edək ki, M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.