Saakaşvili həbsinə görə Putini təqsirləndirdi


Gürcüstanın keçmiş prezident Mixail Saakaşvili həbsinə görə Rusiya Prezidenti Vladimir Putini ittiham edib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə məlumat Mixail Saakaşvilinin “Facebook” səhifəsində onun həbsxanadan ünvanladığı məktubda əksini tapıb.

Saakaşvili qeyd edib:

“Kiyevdən bura çıxıb gələndə bilirdim ki, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə saxta hökmlərlə həbs olunacağam”. 

O daha sonra Gürcüstan xalqına müraciət edərək deyib: “Mənim, daha da önəmli olan Gürcüstanın azadlığı sizin hərəkətlərinizdən və mübariz ruhunuzdan asılıdır”.

Qeyd edək ki, M.Saakaşvili oktaybrın 1-də Gürcüstanın paytaxtı Tbilisidə saxlanılıb. O, Rustavi həbsxanasına aparılıb.

Gürcüstan hökuməti M.Saakaşvilini bir neçə maddə üzə (vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət çevrilişi və s.) təqsirləndirir.