Rusiya prezidenti Vladimir Putin VTB Kapital Bankın “Rusiya zəng edir” adlı forumunda telekonfrans vasitəsilə iştirak edib.Türkiyə mətbuatı yazır ki, o Rusiyadakı iqtisadi vəziyyət, koronavirus epidemiyası və regional məsələlərlə bağlı fikirlərini bildirib.
V.Putin 2024-cü ildə Rusiyada keçirilməsi planlaşdırılan prezident seçkilərində yenidən namizəd olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb:
“İstəyirəm ki, gənc, istedadlı, vətənpərvər gənclər siyasət, iqtisadiyyat, biznes, incəsənət kimi bir çox sahələrdə olsunlar. Rusiyada gələcəkdə belə bir probleminin olacağından narahat deyiləm. Mənim planlarıma gəlincə, burada məsələ odur ki, konstitusiyaya görə, yeni müddətdə seçkilərdə iştirak etmək hüququm var. Hələ buna qərar verməmişəm”.
Ağ Evin sözçüsü Cen Psakinin Co Baydenin ABŞ-da gələcək prezident seçkilərində yenidən seçiləcəyi ilə bağlı açıqlamasını dəyərləndirən V.Putin, "Məncə, bu, doğru qərardır" söyləyib.